525.Az

Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik edib


 

Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik edib<b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançımızla bağlı paylaşım edib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

"İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".

 





01.09.2021    çap et  çap et