525.Az

Artilleriyaçılarımız müsabiqəni uğurla başa vurub - Video


 

Artilleriyaçılarımız  müsabiqəni uğurla başa vurub -<b style="color:red"> Video</b>

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.

525.az xəbər verir ki, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb. Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.

Qeyd edək ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək.

 

 





01.09.2021    çap et  çap et