525.Az

Lənkəranda arvadını bıçaqlayan şəxs həbs olunub


 

Lənkəranda arvadını bıçaqlayan şəxs həbs olunub<b style="color:red"></b>

Avqustun 27-i saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

525.az APA-ya istinadən xəbər verir ki, aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

 





02.09.2021    çap et  çap et