525.Az

İşğaldan azad olunan ərazilərdə arıçılığın inkişafı ilə bağlı müraciətlər daxil olub


 

İşğaldan azad olunan ərazilərdə arıçılığın inkişafı ilə bağlı müraciətlər daxil olub<b style="color:red"></b>

İşğaldan azad olunan ərazilərdə arıçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasına müraciətlər daxil olub.

525.az-ın məlumatına görə, bunu "APA-Economics"ə Assosiasiyanın sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, bu təşəbbüslə əsasən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan olan arıçılar çıxış ediblər.

"Bununla bağlı artıq Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər ünvanlanıb. Arıçılarda çox böyük maraq var. O ərazidən olan insanlar ata-baba yurdlarına qayıdıb təsərrüfatla orada məşğul olmaq istəyirlər. Demək olar ki, bütün bölgələrdən müraciətlər var. Bildiyiniz kimi, pilot olaraq Kəlbəcər və Laçında arı ailələri yerləşdirilib. Ümid edirik, gələn il arıçılar öz təsərrüfat işlərini Cəbrayıl, Zəngilan, Qubadlı və Füzulidə də davam etdirəcəklər", - deyə B. Həsrətov qeyd edib.

 





03.09.2021    çap et  çap et