525.Az

Sentyabrın 6-dan 10-dək vakant yerlərə ixtisas seçimi aparılacaq


 

Sentyabrın 6-dan 10-dək vakant yerlərə ixtisas seçimi aparılacaq<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

 

 





04.09.2021    çap et  çap et