525.Az

MİQ üzrə apellyasiya müsahibələri bu vaxt keçiriləcək


 

MİQ üzrə apellyasiya müsahibələri bu vaxt keçiriləcək<b style="color:red"></b>

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur.

 

 





04.09.2021    çap et  çap et