525.Az

10 nəfər azərbaycanlı Latviyada təhsil təqaüd proqramı qazanıb


 

10 nəfər azərbaycanlı Latviyada təhsil təqaüd proqramı qazanıb<b style="color:red"></b>

Azərbaycan ilə Latviya Hökuməti arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq 2021-2022-ci tədris ili üzrə Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən yüksək rəqabətlilik şəraitində keçirilən müsabiqə nəticəsində 10 nəfər azərbaycanlı bu ölkənin təqaüdünə layiq görülüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə arasında Azərbaycan ilk "beşlik"dədir. Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Riqa Texniki Universiteti, Latviya Universiteti, Stradınış adına Riqa Universitetində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı bu il fevralın 4-də elan olunub.

SEVİNC
 

 





04.09.2021    çap et  çap et