525.Az

Doktoranturaya fəlsəfə üzrə qəbul imtahanı keçiriləcək


 

Doktoranturaya fəlsəfə üzrə qəbul imtahanı keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibinin sərəncamına əsasən sentyabrın 10-da 2021 "Fəlsəfə" fənni üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən bildirilib ki, Mərkəz tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar və eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər imtahanın keçirilmə qrafiki ilə AMEA-nın müvafiq elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.

İmtahan AMEA Mərkəzi Elmi Kitabaxanasının binasında saat 10:00-dan başlayaraq, 12:00-da və 14:00-da keçiriləcək.
Qrafikə uyğun olaraq, "Fəlsəfə" fənnindən imtahan verən namizədlər imtahanın başlamasından 30 dəqiqə öncə imtahan binasında olmaları zəruridir.

SEVİNC

 





04.09.2021    çap et  çap et