525.Az

Bolqarıstan mediasında 44 günlük Vətən müharibəsi geniş işıqlandırılıb


 

Bolqarıstan mediasında 44 günlük Vətən müharibəsi geniş işıqlandırılıb<b style="color:red"></b>

Bolqarıstan Milli Televeziyasının aparıcısı, tanınmış jurnalist Georgi Milkovun Bolqarıstanın nüfuzlu "24 Chasa" qəzetində “Qarabağ – Qafqazın qara bağı minalar və keçmişindən təmizlənir” başlıqlı geniş məqaləsi çap olunmuşdur.

525.az xəbər verir ki, məqalədə Qarabağın bir zaman çiçəklənən şəhərlərinin, o cümlədən Azərbaycanın rəmzi hesab edilən Şuşanın erməni işğalı nəticəsində viran edilməsi və bu ərazilərdə ermənilər tərəfindən külli miqdarda minaların basdırıldığı vurğulanır.  Vətən müharibəsinə dair məlumat verən G.Milkov 44 günlük müharibə zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərində heç bir hərbi infrastrukturun mövcud olmadığı ərazilərə Ermənistan tərəfindən xaincəsinə müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində 26 yerli sakinin öldürüldüyü, 130 nəfərin yaralandığı və çoxlu sayda mülki obyektlərin dağıdıldığını diqqətə çatdırır. 

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə ətraflı məlumat verilərək, hava limanı, dəmir yolu, avtomobil yolları, eləcə də digər lazımı infrastruktur layihələrinin burada sürətlə həyata keçirilməsi bildirilir və aparılan işlərin bölgədə davamlı sülhün və inkişafın əsasını təşkil etdiyi qeyd olunur. Bu xüsusda, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun bütün dövlətləri üçün faydalı olacağı vurğulanır.

 





04.09.2021    çap et  çap et