525.Az

Hakimdən koronavirus xəstəsi üçün qeyri-adi qərar 


 

Hakimdən koronavirus xəstəsi üçün qeyri-adi qərar <b style="color:red"></b>

ABŞ-ın Ohayo ştatında bir qadının məhkəməyə müraciəti və alınan qərar müzakirələrə səbəb olub. 

525.az xarici mediaya istinadən xəbər verir ki, əri koronavirusa yoluxan qadın, müalicədə at və inəklərə verilən parazit dərmanı "İvermectin"in istifadəsini istəyib. Ancaq bu istəyi qəbul edilməyəndə o, məhkəməyə müraciət edib. Qadının tələbi istiqamətində məhkəmə kollegiyasının qərarı isəmüzakirələrə səbəb olub.  At və inək kimi heyvanlarda parazitlərin qarşısını almaq üçün istifadə edilən "İvermectin" dərmanı üçün ABŞ Qida və Dərman İdarəsi (FDA) keçən həftə bir xəbərdarlıq verib.

"Siz inək, yaxud at deyilsiniz. Bu dərmanı istifadə etməyin", mesajı ilə yayımlanan xəbərdarlıqda dərmanın insan sağlamlığına zərərli ola biləcəyi açıqlanıb. 

"Yoldaşım ölümün astanasındadır", - deyən qadın, onun üçün başqa çarənin olmadığını iddia edərək dərmanın istifadəsini tələb edib. Hakim mübahisəli bir qərara imza atıb və xəstəyə üç həftə ərzində 30 milliqram “İvermectin” dərmanı verməyə qərar verib. Qərarın səbəbi açıqlanmayıb.

El Roman

 





04.09.2021    çap et  çap et