525.Az

Koronavirusdan ölən xalasını belə yad etdi


 

Koronavirusdan ölən xalasını belə yad etdi<b style="color:red"></b>

Koronavirus pandemiyasında ayrılan bir çox ailələr kimi Ben Cekson adlı şəxs də bir qohumu ilə vidalaşa bilməyib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Cənubi Uels əyalətində yaşayan Avstraliyalı fermer, Kvinslenddə COVID-19 xəstəliyinə tutulduqda xalasından 400 kilometr uzaqda olub. Səyahət məhdudiyyətləri səbəbindən o, Brisbendəki cənazədə iştirak edə bilməyib. Bu səbəbdən Cekson otlaqlara ürək formalı yem qoyaraq qoyunları ilə xalasına olan sevgisini göstərib. Bir neçə uğursuz cəhddən sonra nəhayət uğur qazanıb və dronla çəkdiyi videonu internetdə yerləşdirib. Görüntülər böyük maraq doğurub. 

“Cənazəsinə gedib onunla vidalaşmaq şansım olmadı. Özümü çarəsiz hiss etdim. Nə edəcəyimi bilmirdim. Qoyun bəslədiyim üçün yerə böyük bir ürək düzəltmək qərarına gəldim. Ona olan sevgim ürəyin ölçüsü ilə belə müqayisə olunmur”, - deyə Cekson söyləyib.

El Roman
 

 





04.09.2021    çap et  çap et