525.Az

Ağdama necə getmək olar? - Qaydalar


 

Ağdama necə getmək olar? - <b style="color:red">Qaydalar</b>

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

525.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb.

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

 





06.09.2021    çap et  çap et