525.Az

Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib


 

Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib<b style="color:red"></b>

Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.

525.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli 1/4 finalda Vadim Petruçiki (Belarus) daha sonra David Ovsepyanı (Ermənistan) məğlubiyyətə uğradıb.

98 kq-da yarışan Rəsul Aydəmirov ardıcıl olaraq Alımbek Adil Uuludan (Qırğızıstan) və Norik Xurşudyandan (Ermənistan) güclü olub.

Elvin Bağırov (64 kq) isə yarımfinalda Aram Ağacanyana (Ermənistan) qalib gəlib.

Beləliklə, Məmmədli, Aydəmirov və Bağırov finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.

 





07.09.2021    çap et  çap et