Ermənistanın sabiq Baş prokuroru Aqvan Ovsepyan tutulub.
525.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, Aqvan Ovsepyan Xüsusi İstintaq Xidməti tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıb.
Sabiq Baş prokuror dələduzluq yolu ilə əmlak mənimsədə, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur.