525.Az

Ronaldu "Mançester Yunayted"də ilk məşqinə çıxıb


 

Ronaldu "Mançester Yunayted"də ilk məşqinə çıxıb<b style="color:red"></b>

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin "Mançester Yunayted" klubuna qoşulub.

525.az Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ule-Qunnar Sulşerlə görüşüb.

Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Ronaldu "Mançester Yunayted"ə İtaliya "Yuventus"undan keçib. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"ın formasını geyinib.

 





07.09.2021    çap et  çap et