525.Az

Azərbaycan daha iki medal qazanıb


 

Azərbaycan daha iki medal qazanıb<b style="color:red"></b>

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb.

525.az Report-a istinadən xəbər verir ki, yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, medallara tayboksçular sahib çıxıb. Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Daha bir tayboksçu, 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək.

 





07.09.2021    çap et  çap et