525.Az

Əfqanıstanın yeni hökumətinə onlar başçılıq edəcək


 

Əfqanıstanın yeni hökumətinə onlar başçılıq edəcək<b style="color:red"></b>

Əfqanıstan hökumətinin yeni tərkibi elan edilib. Bunu "Taliban" hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mücahid bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki,  Mücahidin açıqlamasına görə, ölkənin baş naziri vəzifəsini molla Məhəmməd Həsən Axund icra edəcək. Baş nazirin birinci müavini molla Əbdül Qani Baradar, ikinci müavini isə molla Əbdül Salam Hanafi təyin edilib.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

 





07.09.2021    çap et  çap et