525.Az

Gürcüstan Parlamenti karantin cərimələrinin ləğvini təsdiqlədi


 

Gürcüstan Parlamenti karantin cərimələrinin ləğvini təsdiqlədi<b style="color:red"></b>

Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

525.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında səsə qoyulan qanun layihəsin lehinə 88 deputat səs verib, əleyhinə səs verən olmayıb. Gürcüstan Parlamentinin vitse-spikeri Georgi Volski bildirib ki, müvafiq güzəşt yalnız 2021-ci ilin 23 iyununadək yazılan cərimələrin silinməsini nəzərdə tutur.

Əfv qərarına əsasən, ümumilikdə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimənin silinəcəyi bildirilir.

 





07.09.2021    çap et  çap et