https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

"Azərbaycan millisinə daha çox qol vura bilərdik"

"Azərbaycan millisinə daha çox qol vura bilərdik"

"Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı".

525.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

Santuş bir gün əvvəl Canni de Byazinin "Santuş mənim sayəmdə Portuqaliya millisinə təyin olunub, mənə Porto şərabı hədiyyə etməlidir" fikrinə cavab verib: "Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var. Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram".

Santuş Portuqaliyada millimizə 1:0 hesabı ilə qalib gəldikləri matçla bugünkü görüşü müayisə edib: "Əsas fərq ondan ibarət idi ki, Azərbaycan orada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.