525.Az

MİQ üzrə apellyasiya müsahibələri başlayır


 

MİQ üzrə apellyasiya müsahibələri başlayır<b style="color:red"></b>

18-26 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün bu gündən etibarən apellyasiya müsahibələrinə start verilir.

Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək. Apellyasiya müsahibələri onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsi ilə müsahibələrə qoşulacaqlar.

Qeyd edək ki, müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.

 





08.09.2021    çap et  çap et