525.Az

Azərbaycandakı bankların bərpa-quruculuq işlərində rolu müzakirə olunub - Foto


 

Azərbaycandakı bankların bərpa-quruculuq işlərində rolu müzakirə olunub -<b style="color:red"> Foto</b>

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının nümayəndələri ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələlərini müzakirə olunub.

"Dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər", - nazir əlavə edib.

 





08.09.2021    çap et  çap et