525.Az

Maliyyə Nazirliyi gələn il üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb


 

Maliyyə Nazirliyi gələn il üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb<b style="color:red"></b>

2021-ci ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir.

525.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

 





08.09.2021    çap et  çap et