525.Az

Ermənistan Təhlükəsizlik Şurasının katibi ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşüb


 

Ermənistan Təhlükəsizlik Şurasının katibi ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşüb<b style="color:red"></b> Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingerlə və İsveçrənin Ermənistandakı səfiri Lukas Qasserlə görüşüb.

Trend-in məlumatına görə, bu barədə "Armenia Today" Şuranın mətbuat xidmətinə istinadən xəbər yayıb.

Görüş zamanı Ermənistan-Aİ münasibətləri, regional təhlükəsizlik məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunub.
 





18.04.2014    çap et  çap et