525.Az

Baxıt Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir


 

Baxıt Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir<b style="color:red"></b>

Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

525.az Report-a istinadən xəbər verir ki, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 11 -ci iclasının keçirilməsi gözlənilir.

“Gündəlikdə ticarət - iqtisadi əməkdaşlığın praktiki olaraq bütün sahələrini əhatə edən məsələlər var. O cümlədən, iki ölkənin işgüzar dairələri arasında dialoq üçün bir platformanın yaradılması nəzərdə tutulur", - nazir bildirib.

İqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinin rəhbərləri ilə ikitərəfli görüşlər də gözlənilir.

 





09.09.2021    çap et  çap et