525.Az

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq


 

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq<b style="color:red"></b>

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, gələnilki büdcə xərclərinin 6,6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13% azalacaq.

 





09.09.2021    çap et  çap et