525.Az

Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək


 

 Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək<b style="color:red"></b>

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.

 

 





09.09.2021    çap et  çap et