525.Az

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub


 

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub<b style="color:red"></b>

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

525.az-ın məlumatına görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.

General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

 

 





09.09.2021    çap et  çap et