525.Az

“Qarabağ müharibəsindən sonra Türkiyənin PUA-larına maraq çox artıb”


 

“Qarabağ müharibəsindən sonra Türkiyənin PUA-larına maraq çox artıb”<b style="color:red"></b>

“Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”.

525.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik”, - deyə S. Bayraktar qeyd edib.

O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb.

 





09.09.2021    çap et  çap et