525.Az

Türkiyə və Tacikistan prezidentləri Əfqanıstandakı vəziyyəti müzakirə edib


 

Türkiyə və Tacikistan prezidentləri Əfqanıstandakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun tacikistanlı həmkarı Emoməli Rəhmon arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Tərəflər Türkiyə-Tacikistan əlaqələrini müzakirə edib, başda Əfqanıstan olmaqla regional proseslərlə bağlı fikir mübadiləsi aparıb.

Ərdoğan Emoməli Rəhmonu Tacikistanın müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, Türkiyənin Tacikistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb və əlavə edib ki, Türkiyə Tacikistanın yanında olmağa davam edəcək.

 





09.09.2021    çap et  çap et