525.Az

Bayden ölkədə fövqəladə vəziyyət rejimini daha bir il uzadıb


 

Bayden ölkədə fövqəladə vəziyyət rejimini daha bir il uzadıb<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr 2001-ci il terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanır ki, terror təhlükəsi davam etdiyi üçün 14 sentyabr 2001-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılır.

Bundan əvvəl Bayden Ədliyyə Nazirliyinə 2001-ci ilin 11 sentyabr terror aktının araşdırılmasına aid olan sənədlərin məxfilikdən çıxarılmasını tapşırmışdı.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb.

 





09.09.2021    çap et  çap et