525.Az

Azərbaycan səfiri etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib


 

Azərbaycan səfiri etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib<b style="color:red"></b>

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyi protokol departamentinin müdiri İvan Medveçkiyə təqdim edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi tviter hesabında paylaşım edib. Bundan əvvəl Böyük Britaniya və Şimali İrlandiyada, İslandiyada, Danimarkada səfir olmuş Tahir Tağızadə Prezident İlham Əliyevin 23 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın Macarıstandakı yeni səfiri təyin edilib.

 





10.09.2021    çap et  çap et