525.Az

Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başlayıb - Video


 

Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başlayıb -<b style="color:red"> Video</b>

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.

Peşəkar müəllim və komandir heyəti tərəfindən kursantlara yüksək hərbi bilik və bacarıqlar aşılanır.

Kurslarda iştirak edənlərin böyük əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır.

Qeyd edək ki, kursu uğurla başa vuranlar 3 il müddətinə bağlaşma imzalayaraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

 

 

 





10.09.2021    çap et  çap et