525.Az

Zakir Həsənov Rüstəm Muradovla görüşüb


 

Zakir Həsənov Rüstəm Muradovla görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən 525.az-a verilıən xəbərə görə, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

 





10.09.2021    çap et  çap et