525.Az

Feysbuk Votsap istifadəçilərinin şəxsi məlumatlarını görür


 

Feysbuk Votsap istifadəçilərinin şəxsi məlumatlarını görür<b style="color:red"></b>

Bir ABŞ şirkətinin hesabatına görə, sosial media nəhəngi Feysbuk, Votsapın istifadəçi məlumatlarına daxil olur.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, əlçatmaz olduğu iddia edilən “ucdan-uca” şifrələmə sistemi əslində deaktivdir. Nyu-Yorkda yerləşən “ProPublic” şirkətinin yayımladığı yeni bir hesabatda Feysbuk işçilərinin Votsapda mesajları oxuya və səsləri dinləyə biləcəyi iddia edilib. Mesajlara xüsusi proqram sayəsində daxil olduğu da bildirilib. Feysbukun mesajları görmək üçün bir çox nöqtədə mindən çox müqaviləli işçisi olduğu, "ucdan-uca şifrələmə" deyilən şeyin əslində deaktiv vəziyyətdə olduğu söylənilib.

Normalda "ucdan-uca şifrələmə" sistemi göndərənlə alıcı arasında birbaşa əlaqəni təmin edir və məlumatlara sızmaq və daxil olmaq üçün heç bir imkan buraxmır. Amma iddialar bunun həyata keçirilmədiyini göstərib.

Feysbukun qurucusu və baş direktoru Mark Zuckerberg, 3 il əvvəl Votsapdakı məzmunu görmədiklərini söyləmişdi. Amma “ProPublica”nın iddiası, Facebookun bütün Votsap mesajlarına girişi olduğunu əks etdirib.

El Roman

 





10.09.2021    çap et  çap et