525.Az

TDƏŞ-in iqtisadiyyat nazirləri Ağdama səfər ediblər - Yenilənib


 

TDƏŞ-in iqtisadiyyat nazirləri Ağdama səfər ediblər -<b style="color:red"> Yenilənib</b>

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.

525.az xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib.

Nümayəndə heyətinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələri daxildir.

 





11.09.2021    çap et  çap et