525.Az

Şuşa sakinlərinin doğma şəhərlərinə növbəti səfəri təşkil olunub


 

Şuşa sakinlərinin doğma şəhərlərinə növbəti səfəri təşkil olunub<b style="color:red"></b>

Şuşa şəhərinin bir qrup sakininin Şuşa şəhərinə növbəti səfəri təşkil olunub.

525.az-ın APA-ya istinadən məlumatına görə, şuşalılar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, Cıdır düzündə olacaq, digər tarixi yerlərə baş çəkəcəklər.

Bundan əlavə, onlara öz doğma evlərini görmək, yaxınlarının məzarlarını ziyarət etmək üçün də şərait yaradılacaq.

Şuşalıları səfərdə media nümayəndələri müşayiət edir.

Qeyd edək ki, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunur.


 

 





12.09.2021    çap et  çap et