525.Az

Ağdam şəhərinin Cümə Məscidinin 28 il saxlanılan açarı təhvil verilib


 

Ağdam şəhərinin Cümə Məscidinin 28 il saxlanılan açarı təhvil verilib<b style="color:red"></b>

Ağdam şəhərinin Cümə Məscidinin axundu Barat Bağırov doğma şəhərindəki məscidin açarlarını 28 il saxlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, həmin açarları Cümə məscidinə bu gün onun oğlu gətirib . 40 il rayonun Cümə məscidinin axundu olan Barat Bağırovun oğlu Hamin Bağırov APA ya bildirib ki, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayı Səfixan Qarabaği adlı memar tərəfindən 1870-ci illərdə tikilib. Atası Barat Bağırov 1978-ci ildə məscidə təyinatla gəlib. Ağdam şəhəri işğal olunan günə kimi orda çalışıb.

Hamin Bağırov bildirib ki, Ağdamın işğalı zamanı ona da xəbər veriblər ki, təcili oranı tərk etmək lazımdır:

“Məsciddə 2 şəhidin meyiti olduğu üçün atam əvvəlcə onları öz rayonlarına göndərib. Sonra məscidin qapısını bağlayaraq öz doğma yurd-yuvasını tərk edib. Bağlı qıfılın açarlarını da özü ilə götürüb. Lakin atam ötən il Ağdam işğaldan azad olandan sonra həyatını itirdi. Mən bu gün özümə borc bildim ki, atamın arzusunu yerinə yetirim. Məscidin açarlarını, bir də atamın Quran kitabını gətirmişəm ki, təhvil verim."

H. Bağırov onu da qeyd edib ki, Ağdamın Cümə məscidi Qarabağ müharibəsində ən çox şəhid qəbul edən ibadət ocaqlarından biri olub. Rayonun işğalından sonra atası Barat Bağırov ölən günə kimi Xındırıstan kəndində fəaliyyət göstərən məsciddə işini davam etdirib.

 





12.09.2021    çap et  çap et