525.Az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə rəsmi səfərdədir


 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə rəsmi səfərdədir<b style="color:red"></b>

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.

Səfər sentyabrın 14-dək davam edəcək.

 





12.09.2021    çap et  çap et