Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdiriblər.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərinin zərbəsi nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlar Suriyanın şimalında "Barış pınarı" əməliyyatı zonasına hücum hazırlayırdılar.