Efiopiya 2014-cü ilə girir. Günəşə əsaslanan təqvim Efiopiya hökuməti tərəfindən bütün rəsmi işlərdə qəbul olunur.
525.az xarici mediaya istinadən xəbər verir ki, öz təqvim və saat sistemindən istifadə edən ölkədə bazarlara axın edən insanlar artıq yeni il hazırlıqlarını da tamamlayıb.
Baş nazir Abiy Əhməd yeni il öncəsi təbrik mesajı verib və paytaxt Əddis -Əbəbədəki yaşlılara və əlillərə Milad hədiyyələri paylayıb. Ölkədə "Enkutataş" olaraq bilinən ilin ilk günü həm də yağışlı mövsümün sonu və məhsul yığımının başlanğıcı hesab olunur.
Qriqorian təqvimindən təxminən 7 il 8 ay geri qalan Efiopiya təqvimi Misirdəki Kopt xristianlarının istifadə etdiyi təqvimə bənzəyir. Kopt təqvimi kimi Efiopiya təqvimində də 12 ay 30 gün və 13-cü ayda 5 və ya 6 gün var. Fərqli bir zaman sistemindən və öz təqvimindən istifadə edən Efiopiya xalqı üçün gün 00:00-da deyil, 06:00-da başlayır.
El Roman