525.Az

Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib


 

Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib<b style="color:red"></b>

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

 





13.09.2021    çap et  çap et