525.Az

Xəzəryanı ölkələrin XİN rəhbərləri Həştərxan sammitini müzakirə edəcəklər


 

Xəzəryanı ölkələrin XİN rəhbərləri Həştərxan sammitini müzakirə edəcəklər<b style="color:red"></b> Aprelin 22-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva konfransında bu ilin payızında Həştərxanda keçiriləcək IV Xəzər sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-dən açıqlama verilib. Nazirlər konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edəcək.
 
Rusiya XİN-dən bildirilib ki, nazirlərin görüşündə Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq: “2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil olunacaq. Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir”. 
 
XİN-dən onu da əlavə ediblər ki, Rusiya Xəzər dənizi ilə bağlı əldə olunan bütün razılaşmalara tam sadiqdir və Xəzəryanı ölkələrin dialoqunun intensivləşdirilməsinə tərəfdardır. 
 





21.04.2014    çap et  çap et