525.Az

Benzema La Liqanın tarixinə düşdü


 

Benzema La Liqanın tarixinə düşdü<b style="color:red"></b>

“Real”ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının tarixinə düşüb.

525.az xəbər verir ki, çempionatın 4-cü turunda “Selta”ya qarşı keçirilən matçda (5:2) het-trik edən fransalı hücumçu, La Liqada ən çox qol vuran futbolçuların siyahısında 10-cu olub.

Hesabında 197 qol olan Benzema, daha əvvəl 195 qol vuran və 10-cu sırada yer alan “Valensiya”nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub.

La Liqa tarixinin bombardiri hazırda PSJ-də çıxış edən Lionel Messidir. Argentinalı oyunçu “Barselona” ilə La Liqada 474 qol vurub.

 





13.09.2021    çap et  çap et