525.Az

Xumar Qədimovadan Yunus Əmrə ilinə töhfə - "Aşk neyledi"


 

Xumar Qədimovadan Yunus Əmrə ilinə töhfə -<b style="color:red"> "Aşk neyledi"</b>

Azərbaycanın Əməkdar artisti, sevilən müğənni Xumar Qədimova öz bəstələri ilə də dinləyicilərin könlünə yol tapmağı bacarır. Xüsusən, klassiklərin şeirlərinə müraciət etməsi təqdirəlayiq haldır. Müğənninin Yunus Əmrənin sözlərinə bəstələdiyi"Aşk neyledi" mahnısı da kütlə tərəfindən maraqla qarşılandı, sevimli musiqilər siyahısına əlavə olundu. Xumar Qədimovanın ifasında "Aşk neyledi" mahnısını , eyni zamanda, şair Fuad Biləsuvarlının bu ifadan təsirlənərək qələmə aldığı şeiri sizə təqdim edirik.

***

Basdı ürəyimə kösövü, odu,
Qaçırtdı ağzımdan ləzzəti, dadı.
Bir sevən kişini məhv etdi qadın,
İlahi, gör məni sevgi neylədi.

Xəstəliyə saldı cavan canımı,
Zülmətlik elədi səhər danımı.
Köməyə çağırım Yaradanımı,
İlahi, gör məni sevgi neylədi.

Dildə dastan oldu qız yaraşığın,
Boğazın qurutdun neçə aşiqin.
Söndürdün bəxtimin yanan işığın,
İlahi, gör məni sevgi neylədi.

Məni qonşu etdi Məcnunla çöldə,
Mənə məyus oldu sona da göldə.
Heç belə sevən yox mənimtək eldə,
İlahi, gör məni sevgi neylədi.

Dəryadan ayrılmış mən susuz balıq,
Yelkənsiz gəmiyəm, yelkənsiz qayıq.
Heç özüm özümə olmadım dayaq,
İlahi, gör məni sevgi neylədi.


 

 





14.09.2021    çap et  çap et