525.Az

FHN məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib


 

FHN məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhər 4 nömrəli, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəblərində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

525.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar haqqında, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibdliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

 





14.09.2021    çap et  çap et