525.Az

Azərbaycan Parisdəki "Assosiasiyalar forumu"nda təmsil olunub


 

 Azərbaycan Parisdəki "Assosiasiyalar forumu"nda təmsil olunub <b style="color:red"></b>

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda ənənəvi "Assosiasiyalar forumu"nda təmsil edib.

525.az Azərtac-a istinadən xəbər verir ki, ənənəvi "Assosiasiyalar forumu" adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısında təşkil olunub. Meriyanın qarşısındakı meydanda müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən 250-ə qədər stend qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.

Ölkəmizi təmsil edən ADFA-nın stendində Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri eləcə də milli şirniyyatlarımız təqdim olunub.

ADFA-nın stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib.
Stendləri ziyarət edən və assosiasiyaların fəaliyyəti ilə maraqlanan təşkilatçılar ADFA-nın stendində nümayiş olunan kitablarla maraqlanıblar.

Onlara Azərbaycan haqqında məlumat verilib, tarix və mədəniyyətimizə dair kitablar hədiyyə edilib.

Parisdə yaşayan diaspora nümayəndələrimiz də ADFA-nın stendini ziyarət edib və fransızları tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırıblar.
 

 





14.09.2021    çap et  çap et