525.Az

Yusif Vəzir Çəmənzəminli haqqında videoçarx təqdim edilib


 

Yusif Vəzir Çəmənzəminli haqqında videoçarx təqdim edilib<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi "8 Mart" adına Mədəniyət evi Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminli haqqında videoçarx təqdim edib.

İdarədən bildirilib ki, yazıçının ömür yolu və yaradıcılığından bəhs olunan videoçarx kitabxananın sosial hesablarında paylaşılıb. Videoçarxda qeyd edilir ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib. Yazıçını düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olub. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil edib.

Yusif Vəzir 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə çap etdirir. Onların hər nüsxəsinin Qori Müəllimlər Seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərliyə göndərir. Firudin bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.

1940-cı il yanvarın 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni-Novqorod vilayətinə həbs düşərgəsinə göndərilir.

Yusif Vəzir 1943-cü il yanvarın 3-də Nijni-Novqorod vilayətinin həbs düşərgəsində vəfat edir.
 

 





14.09.2021    çap et  çap et