525.Az

Xızı və Abşeronda bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinqlər aparılıb


 

Xızı və Abşeronda bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinqlər aparılıb<b style="color:red"></b>

AMEA Mərkəzi Nəbatat Bağının alimləri keçən ildən başlayaraq Xızı və Abşeron rayonunda bitki müxtəlifliyinin müasir vəziyyətini tədqiq ediblər.

525.az xəbər verir ki, yarımsəhra, düzən, aşağı və orta dağ qurşağında aparılan tədqiqatlarda Bağın direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə, şöbə müdiri Yusif Abiyev iştirak etmişdir. Ekspedisiyalar aprel, may, iyun və iyul aylarında müntəzəm olaraq baş tutmuşdur. 

Tədqiqatlar zamanı ərazidə yayılmış bitkilər təyin olunmuş, daha sonra bitkilərin informativ siyahısı, endem və nadir bitkilər müəyyən olunmuşdur. Həmçinin xüsusi əhəmiyyətli bitkilərin xəritəsi hazırlanmışdır.
 

 





14.09.2021    çap et  çap et