525.Az

Ərdoğan almaniyalı həmkarı ilə Əfqanıstanı müzakirə edib


 

Ərdoğan almaniyalı həmkarı ilə Əfqanıstanı müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

525.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, tərəflər Türkiyə-Almaniya münasibətlərini müzakirə edib.

Türkiyə və Almaniya prezidentləri Əfqanıstan və miqrantlar mövzusu başda olmaqla regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 





14.09.2021    çap et  çap et