525.Az

Rusiya və İran prezidentlərinin telefon danışığı olub


 

Rusiya və İran prezidentlərinin telefon danışığı olub<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

525.az APA-ya istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 17-də Düşənbədə keçiriləcək sammitində İran Prezidentinin müşahidəçi qismində iştirakı nəzərə alınaraq bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.

Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

Xüsusən ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə yaxşı qarşılıqlı əlaqələrin olduğu vurğulanıb.

Rusiya və İran liderləri beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə toxunublar, o cümlədən İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar.

Təmasların davam etdirilməsi razılaşdırılıb.

 





14.09.2021    çap et  çap et